Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “AzInTelecom”da olub ®
28 oktyabr 2022 15:26 (UTC +04:00)

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “AzInTelecom”da olub ®

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və Türkiyə Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Rahid Ələkbərlinin təşkilatçılığı ilə “AzInTelecom” MMC-nin inzibati binasında olub.

 

Görüşdə Türkiyə Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Kibertəhlükəsizlik sistemləri üzrə şöbə müdiri Ahmet Bahadır Bülbül, Türkiyə Kibertəhlükəsizlik Klasterinin rəhbəri Alpaslan Kesici və Türkiyə Kibertəhlükəsizlik Klasterinin İnkişaf koordinatoru Çağrı Ertuğrul, “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin direktoru Sadiq Yolçuyev və qurumun əməkdaşları iştirak ediblər.

Danışıqlar zamanı “AzInTelecom” MMC-nin rəsmiləri bir müddət öncə İnformasiya təhlükəsizliyi xidmətləri göstərməyə başlanıldığını bildiriblər. Qeyd olunub ki, “AzInTelecom” MMC bu sahədə əməkdaşlıq əlaqələrini genişləndirərək qabaqcıl və keyfiyyətli texnologiyaları müştərilərə təqdim etmək istiqamətində tədbirlər həyata keçirir.

Türkiyə Kibertəhlükəsizlik Klasteri təşkilatı ilə birlikdə texnoloji şirkətlərlə əməkdaşlıq perspektivləri, bu sahədə tətbiq edilən müasir avadanlıqların əldə edilməsi və gənc kadrların hazırlanması istiqamətində gələcək hədəflər və yeni iş imkanları müzakirə olunub.

Qeyd edək ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC müştərilər üçün Kibertəhlükəsizlik və İnformasiya təhlükəsizliyinin auditi və konsaltinq xidmətlərini təşkil edir. Bu xidmətlərin reallaşdırılmasında əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Onlardan istifadə həssas məlumatlar ilə işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.

 

 

 

 

# 852
avatar

Oxşar yazılar

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10
Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

30 yanvar 2023 , 09:32