TƏBİB-ə icraçı direktor TƏYİN EDİLDİ
08 sentyabr 2022 16:04 (UTC +04:00)

TƏBİB-ə icraçı direktor TƏYİN EDİLDİ

Sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

Lent.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. 

Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.

# 8181
avatar

Fidan İlqar

Oxşar yazılar

Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07
"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

25 noyabr 2022 , 22:20
Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr 2022 , 18:05
Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

25 noyabr 2022 , 17:34
Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

25 noyabr 2022 , 15:51
Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

25 noyabr 2022 , 15:29