TƏBİB-dən doğum evindəki ana ölümü ilə bağlı AÇIQLAMA
09 iyul 2022 13:06 (UTC +04:00)

TƏBİB-dən doğum evindəki ana ölümü ilə bağlı AÇIQLAMA

Tərtər rayonundan ağır preeklampsiyası olan 38 həftəlik hamilə qadın Bərdə Doğum Evinə müraciət edib. Bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı keçirən qadının arterial təzyiq problemi olub.

TƏBİB-dən Lent.az-a verilən məlumatda bildirilir ki, əməliyyata qəbul edilən qadının vəziyyəti qənaətbəxş olmayıb:

"Uşaq əməliyyat yolu ilə ana bətnindən azad edilib.Reanimasiyaya yerləşdirilən qadının zahılıq dövründə də preeklampsiyası davam edib. Onun müalicəsi üçün Bakı və Sumqayıtdan həkim-mütəxəssislər cəlb edilib, bütün zəruri tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.Uşağın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir".

# 2418
avatar

Oxşar yazılar