Sosial yardım təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır? - CAVAB
14 mart 2024 15:59 (UTC +04:00)

Sosial yardım təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ünvanlı dövlət sosial yardımı ilə bağlıdır.

Maraqlıdır, görəsən, ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır?

Lent.az xəbər verir ki, sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

- tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);

-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

-axtarışda olan şəxslər;

-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

-əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

# 27717
avatar

Arzu Qurbanlı

Oxşar yazılar