Siyavuş Aslanın oğlu dəfn edildi - YENİLƏNİB
06 may 2023 15:40 (UTC +04:00)

Siyavuş Aslanın oğlu dəfn edildi - YENİLƏNİB

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov Yasamal qəbiristanlığında dəfn olunub.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

***
Saat: 12:49

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin,  Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir.

***
Saat: 12:13

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.

Lent.az APA-ya istinadla xəbər verir ki, Çingiz Aslanovun meyiti Təzə Pir məscidinə aparılıb.

Onun bu gün dəfn olunacağı aşıqlanıb.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.

Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.

# 6006
avatar

Oxşar yazılar