Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO
06 mart 2023 22:16 (UTC +04:00)

Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Şirvan şəhərində keçirilib.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Ənənəyə uyğun olaraq Salyan RQİİ-nin rəisi Azər Musayev çıxış edərək tədbiri açıq elan edib. A. Musayev abonentlərin müraciətləri sayəsində qaz təchizatındakı problemləri aşkara çıxarmağın daha asan olduğunu bildirib. Bu məqsədlə mikrofonu aksiya iştirakçılarının ixtiyarına verib. Natəvan Əliyeva fərdi yaşayış evinin önündə qapı keçidinin quraşdırılmasını xahiş edib. Şəhərin 140 mənzilli bina sakinləri adından çıxış edən Yaqub Alışov qaz xətlərinin yenisi ilə əvəzlənməsini istəyib. Ünvanlanan 7 müraciətdən 2-si isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Ətraflı video materialda: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Fidan İlqar

Oxşar yazılar