"Səyyar qəbul otağı" Gəncədə
01 noyabr 2022 17:50 (UTC +04:00)

"Səyyar qəbul otağı" Gəncədə

"Bu gün təşkil olunan görüş "Açıq mikrofon" aksiyası çərçivəsində 185-ci görüşümüzdür. Qaz təsərrüfatına dair üzləşdiyiniz çətinlikləri dinləmək üçün "Səyyar qəbul otağı" sizin ixtiyarınızdadır." 

Lent.az-ın verdiyi məlumata görə, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Taleh Şamradov bildirib. 

Aksiyaya üz tutan 20-dək vətəndaş onları narahat edən məsələlərdən söz açıblar. Avtozavod qəsəbəsində yaşayan Aynurə Əliyeva, Məhsəti qəsəbə sakini Samirə Cabbarova, aksiyaya şəhərin Azərbaycan küçəsindən üz tutan Şəfiqə Musayeva və Sevinc Verdiyeva yaşadıqları ərazidə küçə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər. 

Gəncə şəhər sakinləri Mətanət Qudenko, Gövhər Quliyeva, Xosrov Məmmədov və Svetlana Abbasova isə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini xahiş ediblər. Şəhər sakini Kamil Qasımov isə ünvanladığı müraciətin qısa müddət ərzində həllini tapdığını bildirərək, SOCAR rəhbərliyinə təşəkkür edib. Ünvanlanan bütün müraciətlər Regional İdarənin rəhbərliyi tərəfindən qeydiyyata alınıb və aksiya iştirakçılarına lazımi izahatlar verilib.

# 1308
avatar

Oxşar yazılar

Azərbaycanda doğumun  sayı artdı

Azərbaycanda doğumun sayı artdı

31 yanvar 2023 , 20:31
Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

31 yanvar 2023 , 16:27
Metro və marşrutlarda gedişhaqqı artırıldı

Metro və marşrutlarda gedişhaqqı artırıldı

31 yanvar 2023 , 16:00
Bu da oldu: Qayınata  28 yaşlı gəlini   ilə evləndi - FOTO

Bu da oldu: Qayınata 28 yaşlı gəlini ilə evləndi - FOTO

31 yanvar 2023 , 13:24
Emin Əmrullayevə yeni müavin təyin olundu

Emin Əmrullayevə yeni müavin təyin olundu

31 yanvar 2023 , 12:44
Sabah  külək əsəcək   - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

31 yanvar 2023 , 12:25
Azərbaycanda 215 uşaq övladlığa verilib

Azərbaycanda 215 uşaq övladlığa verilib

31 yanvar 2023 , 11:19
XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

31 yanvar 2023 , 11:05