Şəhid Nihat Verdiyev Gəncədə dəfn edildi
16 sentyabr 2022 15:32 (UTC +04:00)

Şəhid Nihat Verdiyev Gəncədə dəfn edildi

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan 2003-cü il təvəllüdlü Nihat Verdiyev Gəncədə dəfn edilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhidin nəşi əvvəlcə Gəncədə Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib, daha sonra şəhərin Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Daşkəsən İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Pərvin Kərimzadə, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirib. Dəfndən sonra şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib, Azərbaycan himni səslənib, yaylım atəşi atılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1281
avatar

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53