İki vəzifəli şəxs işdən çıxarıldı,  sabiq nazir müavini müşavir oldu - AHİK-də YENİ TƏYİNAT
14 aprel 2026 15:25 (UTC +04:00)

İki vəzifəli şəxs işdən çıxarıldı, sabiq nazir müavini müşavir oldu - AHİK-də YENİ TƏYİNAT

0

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Kurort" Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb. 

Lent.az xəbər verir ki, bununla yanaşı AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib. 

Həmçinin, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, Sarvan Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. 

O, bu ilin yanvarında tutduğu vəzifədən azad edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1228

Oxşar yazılar