Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Lent.az-a verilən məlumata görə, “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin Rusiyadan ölkəmizə idxal etdiyi 300 kiloqram dondurulmuş toyuq qiyməsi məhsuluna qurumun müfəttişləri baxış keçirib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.