Rəsmi olaraq ruhi dispanserdə qeydiyyatı olan şəxslər nikaha girə bilər? - CAVAB
15 fevral 2024 17:33 (UTC +04:00)

Rəsmi olaraq ruhi dispanserdə qeydiyyatı olan şəxslər nikaha girə bilər? - CAVAB

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında  növbəti mövzu psixi problemləri olan rəsmi olaraq ruhi dispanserdə qeydiyyatı olan şəxslərin nikaha girməsi ilə bağlıdır. 

Maraqlıdır, görəsən rəsmi olaraq ruhi dispanserdə qeydiyyatı olan şəxslərin nikaha girməyə hüquqları varmı? 

Məsələ ilə bağlı hüquqşünas, “Norma” hüquq hüquq mərkəzinin direktoru Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasınının ailə məcəlləsinə görə, 18 yaşı tamam olmuş şəxslər nikaha daxil ola bilər. 

Onun sözlərinə görə, nikahın bağlanması üçün şəxslərin yazılı razılığı lazımdır:

"Bundan əlavə, şəxslər yetkinlik yaşına çatmalı, tibbi müayinədən keçməsilə bağlı arayışı lazımdır. Ailə Məcəlləsinin 12-ci maddəsinə görə, ikisindən biri və ya hər ikisində ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilirsə, onun nikah bağlanması mümkün deyil. Təkcə şəxsə "dəli", "ruhi xəstə", və s. deməklə hər hansı bir nəticəyə gəlmək olmur. Mütləq şəxsin psixiatrik qeydiyyatda olması hələ onun xəstə və ya anlaqsız olması demək deyil. Bununla bağlı konkret olaraq məhkəmənin qərarı olmalıdır. Məhkəmə həmin şəxsin fəaliyyət qabiliyyətinin olub-olmamasını müəyyən etməlidir. Əgər, ikisindən birinin fəaliyyət qabiliyyəti yoxdursa, belə olan halda şəxslərin nikaha daxil olmasına yol verilmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7251
avatar

Arzu Qurbanlı

Oxşar yazılar