Ramazanın 28-ci gününün  DUASI
29 aprel 2022 18:00 (UTC +04:00)

Ramazanın 28-ci gününün DUASI

Bu gün Ramazan ayının iyirmi səkkizinci günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:48-dir. 

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi səkkizinci gününün iftar duasını təqdim edir:

İftar duası:

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”. 

Tərcüməsi:

“İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”. 

Allah orucunuzu qəbul etsin!
 

# 1530
avatar

Sevinc Fərid

Oxşar yazılar