Polis 64 şübhəlini saxladı – KRİMİNAL XRONİKA
28 may 2022 10:15 (UTC +04:00)

Polis 64 şübhəlini saxladı – KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
 

# 945
avatar

Nigar Namiq

Oxşar yazılar