Pandemiyada itirdiyimiz MƏŞHURLAR  - SİYAHI 
31 avqust 2021 17:22 (UTC +04:00)

Pandemiyada itirdiyimiz MƏŞHURLAR - SİYAHI 

Artıq iki ilə yaxındır ki, koronavirus bütün dünyaya “hakim”lik edir. Milyonlarla insanı öz qanunlarına tabe edib, göstəriş verir. Güclü olan bu müharibədən qalib ayrılır. Zəif olanlar isə ...

Lent.az COVID-19 ilə mübarizədə məğlub olaraq, dünyasını dəyişən məşhur azərbaycanlılar haqqında qısa məlumatı təqdim edir:

Məşhur müğənni Baloğlan Əşrəfov koronavirusa məğlub olanlar sırasındadır. Müğənni bu il aprelin 27-də 69 yaşında dünyasını dəyişib.

 

Bakı Sağlamlıq Mərkəzində müalicə alan sənətkar, 76 yaşlı Xalq artisti Rafiq Hüseynov (Rəmiş) COVID-19-a yoluxmuşdu. Təəssüf ki, o da virusa məğlub olaraq, 2021-ci il aprelin 5-də vəfat etdi.

 

Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev 81 yaşında 2020-ci il iyunun 11-də koronavirusa yoluxaraq, vəfat etdi.

 

Xalq artisti, tanınmış xanəndə Sabir Əliyev COVID-19-a yoluxaraq xəstəxanaya aparılmış, reanimasiyaya yerləşdirilmişdi. 72 yaşlı muğam ustadı qısa müddət sonra, ötən il dekabrın 22-də koronavirusdan həyatını itirib. 

Bu il 75 yaşlı sənətçi Səməd Səmədov koronavirusa yoluxd, vəziyyəti ağırlaşdıqdan sonra təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Müəyyən müdaxilələr edilsə də, bu il iyulun 24-də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev bu il mayın 7-də müalicə aldığı xəstəxanada vəfat etdi.

 

 

COVID-19-la mübarizədə məğlub olan digər tanınmış şəxs, yazıçı Azər Abdulla (Əhmədbəyli) olub. Bu il martın 20-də səhər saatlarında vəfat edən yazıçı Xırdalan qəbiristanlığında dəfn edilib.

 

Gənc xanəndə Tuqay İsmayılovun da ölüm səbəbi koronavirus olub. Xanəndə avqustun 19-da dünyasını dəyişib.

 


 

Koronavirus qurbanları arasında seçim etmir. Onunla mübarizəyə ölkənin tanınmış həkimləri, vəkil, hakim, iş adamları, məmurları da qoşuldu. Təəssüf ki, bir çoxları COVID-19 –la mübarizədə məğlub oldular.

"Ömür" klinikasının təsisçi-direktoru, həkim-ginekoloq Gülnarə Sultanqızı ötən il dekabrın 13-də eyni virusdan dünyasını dəyişən tanınmışlar sırasındadır.

1957-ci il təvəllüdlü Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılovun ötən ilin dekabrında COVİD-19-dan vəfat etməsi Azərbaycanda hüquq sahəsində ağır itkilərdən hesab olunur. A. İsmayılov  30 illik vəkil təcrübəsində bir sıra tanınmış şəxslərin hüquqlarını müdafiə edib.

 

Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi, işadamı Xəyal Məmmədxanlı 42 yaşında virusun qurbanlarından oldu.

 

 

Bundan əlavə, digər bir iş adamı, "Taimex" şirkətinin və "Ağsu" araq zavodunun sahibi Tahir Yusifov da koronavirusdan vəfat edib. 

 

Ötən il, noyabrın 28-də 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev də virusun qurbanına çevrilən tanınmışlardandır.

Məmurlardan da yan keçməyən virus ötən il noyabrın 27-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin ölümünə səbəb oldu. O, sözügedən vəzifəyə 2019-cu ildə təyin edilmişdi.

Bu il martın 29-da isə tanınmış hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov  55 yaşında koronavirusdan vəfat edib.

 

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov  yanvarın 6-da müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.

Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fuad Soltanov ötən ilin dekabr ayında yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov da virusla mübarizədə məğlub olanlar sırasındadır. O, aprelin 13-də koronavirusdan müalicə aldığı xəstəxanada vəfat edib.

 

Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Fərman Əfəndiyev avqustun 23-də COVİD-19 xəstəliyindən dünyasını dəyişib.

Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq dünyasını dəyişən tanınmışlar sırasındadır. 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17121
avatar

Nigar Adil

Oxşar yazılar