Normal havada  duman işıqlarını   yandırmaq olar?
06 dekabr 2022 18:43 (UTC +04:00)

Normal havada duman işıqlarını yandırmaq olar?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu normal vaxtlarda avtomobillərin duman işıqlarının yandırılmasıdır.

Bəzi sürücülər ehtiyac olmadığı halda duman işıqlarını yandırır. Sosial şəbəkələrdə dəfələrlə bununla bağlı paylaşım da edilib. Paylaşımlarda bildirilib ki, günün normal vaxtı duman işıqlarını yandırıb maşın sürənlər cərimələniblər.

Bəs görək, qanunvericilikdə ehtiyac olmadığı halda duman işıqlarını yandırıb avtomobil idarə etməyə icazə verilirmi?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, normal vaxtı duman işıqlarını yandırmaq doğru hesab edilmir:

“İşıq cihazları təyinatı üzrə istifadə olunmalıdır. Duman əleyhinə olan işıqlar da normal vaxtda yandırılsa, digər sürücüləri narahat edir. Bu da təyinatı üzrə istifadə olunmaması kimi qiymətləndirilə bilər. Həmçinin bəzi sürücülər duman işıqlarına icazə verilməyən işıq cihazları quraşdırırlar. Buna görə İnzibati Xətalar Məcəlləsinin normativ tələblərin pozulması, 342.2.2-ci maddə ilə protokol tərtib olunur. Maddəyə əsasən, həmin şəxs 150 manat məbləğində cərimələnir”.

# 2019
avatar

Oxşar yazılar

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10
Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

30 yanvar 2023 , 09:32