Neçə manatdan yuxarı oğurluq cinayət sayılır?
23 may 2022 13:25 (UTC +04:00)

Neçə manatdan yuxarı oğurluq cinayət sayılır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu hansı oğurluqlara görə cinayət işinin başlaması ilə bağlıdır.

Demək olar ki, hər gün mənzillərdən, gözəllik salonları, kafe və s. obyektlərdən müxtəlif məbləğlərdə oğurluqlar edilməsi barədə xəbərlərlə rastlaşırıq. Bu cinayətlərin bəziləri minlərlə, bəziləri isə bir neçə yüz manat civarında olur. Əksəriyyət elə bilir ki, bütün oğurluq cinayətlərinə görə cinayət işi açılır.

Bəs görək, hansı məbləğdə qeydə alınan oğurluq faktlarına görə cinayət işi başlanılır?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, 500 manatadək olan sözügedən əməllər inzibati xəta tərkiblidir.

Ətraflı məlumat üçün videonu izləyin:

Hansı oğurluqlara görə cinayət işi açılır?

# 3720
avatar

Mehman Nəbiyev

Oxşar yazılar