Məşhur milyarderə  jurnalistlərə rüşvət vermək   İTTİHAMI
20 yanvar 2023 19:18 (UTC +04:00)

Məşhur milyarderə jurnalistlərə rüşvət vermək İTTİHAMI

Tanınmış amerikalı maliyyəçi və milyarder Corc Soros böyük kütləvi informasiya vasitələrinin nümayəndələrinə rüşvət verməkdə şübhəli bilinir.

Lent.az bildirir ki, “Fox News”un “MRC Business”in araşdırmasına istinadən verdiyi məlumata görə, rüşvətin məqsədi jurnalistlərin dünya hadisələrini milyarderin istədiyi şəkildə işıqlandırması olub.

Materialda qeyd edilir ki, Soros uzun illər ərzində 54 nüfuzlu media xadiminə, o cümlədən CNN, NBC, CBS, “Bloomberg”, NPR və “Washington Post”un jurnalistlərinə pul ödəyib. Qeyd olunur ki, maliyyəçi 253 KİV-in dünya hadisələrini istədiyi şəkildə işıqlandırması üçün ən azı 131 milyon dollar xərcləyib.

“Fox News”un məlumatına görə, pulu media şirkətinin geniş təbəqəsi – reportyorlardan və teleaparıcılardan tutmuş redaktorlara və media menecmentinə qədər geniş təbəqəsi alıb. Bildirilir ki, Soros maliyyələşdirdiyi qruplar vasitəsilə ödənişlər edib. Milyarder abort, doğuşa nəzarət, marksist iqtisadiyyat, ekoloji ekstremizm, həmçinin polisin federal büdcədən maliyyələşdirilməsindən imtinanın tərəfdarı kimi çıxış edib.

“Sorosun media ilə əlaqəsi ona medianın yayımladığı hadisələrə, bu hekayələri necə işıqlandırdığına və hansı hekayələri işıqlandırmadığına əhəmiyyətli təsir göstərməyə imkan verir”, - nəşr yazır.
 

# 2106
avatar

Oxşar yazılar