MEDİA-nın icraçı direktoru APA-nı 20 illik yubileyi münasibətilə təbrik edib
16 noyabr 2024 09:21 (UTC +04:00)

MEDİA-nın icraçı direktoru APA-nı 20 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “APA GROUP”u 20 illiyi münasibətilə təbrik edib.

Lent.az-ın xəbərinə görə, təbrikdə deyilir ki, Azərbaycanın mətbuatının inkişafına mühüm töhfə verən, dəqiq və tərəfsiz informasiya siyasəti yürüdən, özünün peşəkarlığı və obyektivliyi ilə seçilən və bu gün 20 yaşını qeyd edən “Azəri-Press” Agentliyi (APA) ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatları, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbərləri cəmiyyətə operativ formada və özünəməxsus üslubda çatdırır, dünyanın müxtəlif ölkələrinin aparıcı media subyektləri ilə əməkdaşlıq edir, informasiya mübadiləsi aparır.

Qeyd edilib ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə “Xəbər bizim işimizdir” devizi ilə fəaliyyətini davam etdirən, ənənəvi prinsiplərinə sadiqlik göstərən, doğru və etibarlı xəbərin ünvanı kimi qəbul olunan APA milli mətbuatımızın müasirləşmə, azərbaycançılıq və digər mühüm dəyərlərini əsas götürməklə yanaşı müasir media trendlərinin tələblərinə cavab verir, Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirir, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutur, dolğun və düzgün məlumatlandırmanı təmin edir.

APA-nın fəaliyyətə başlamasının 20 illiyi münasibətilə Sizi və agentliyin bütün kollektivini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!” – təbrikdə vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2573

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38