Jurnalistlərin növbəti peyvəndlənməsi BU TARİXDƏ  olacaq
04 avqust 2021 12:52 (UTC +04:00)

Jurnalistlərin növbəti peyvəndlənməsi BU TARİXDƏ olacaq

Avqustun 5-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti peyvəndlənmə prosesi keçiriləcək.

Şuradan Lent.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.

Bu il iyunun 29-da peyvəndin birinci dozası tətbiq edilmiş jurnalistlərə sabah ikinci doza tətbiq ediləcək.

Eyni zamanda, ümumən peyvənd olunmamış digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Nigar Adil

Oxşar yazılar