İtkin düşmüş vətəndaşlarla bağlı yeni layihə başlayır
31 avqust 2022 14:52 (UTC +04:00)

İtkin düşmüş vətəndaşlarla bağlı yeni layihə başlayır

Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) “İtkinlərimiz: 4000-dən hər biri” adlı yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihə 2022-ci il sentyabrın 1-dən oktyabrın 31-dək həyata keçiriləcək.

İctimai Birliykdən Lent.az-a verilən məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə itkin düşmüş, əsir və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı məsələ danışıqların gündəliyində hələ də həll olunmamış mühüm problemlərdən biri kimi qalır. 44 günlük Vətən Müharibəsindən sonrakı diplomatik təmaslar zamanı bu məsələ hər dəfə qaldırılsa da, Ermənistan tərəfinin onu ört-basdır etməyə və əməkdaşlıqdan yayınmağa çalışması səbəbindən hələlik nəticəsiz qalıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2020-ci il dekabrın 1-nə olan məlumata görə, qeydiyyatdan keçən itkin düşmüşlərin sayı 3890 nəfərdir.

Beləliklə, ən son rəsmi məlumat üzrə Azərbaycanın təxminən 4 min vətəndaşının hərbi təcavüz nəticəsində itkin düşməsi, onların taleyi ilə bağlı təcavüzkar tərəfdən bu vaxta qədər heç bir açıqlama, izahat xarakterli bilgilər verilməməsi, Azərbaycanın isə danışıqlar prosesinin bütün mərhələlərində problemi gündəmdə saxlaması məsələnin aktuallığını və ona ictimai diqqətin artırılmasının zəruriliyini göstərir.

Bu insanların itkin düşdüyü konkret şərait, döyüşlər barədə aydınlaşdırıcı materiallara və ya sonrakı talelərinə azacıq da olsa işıq sala biləcək məlumatlara ehtiyac var.

Layihədə həmin insanların, konkret haldan çıxış edərək, fərdi, yaxud toplu halda itkin düşdükləri şəraitin şahidlərin dilindən, habelə rəsmi mənbələrin bilgiləri əsasında detallı təsvir olunduğu jurnalist araşdırmalarının hazırlanması və bir neçə dilə tərcümə olunaraq, yayılması nəzərdə tutulur.

Layihənin məqsədi itkin düşmüş vətəndaşlarımız barəsində yeni və mümkün qədər dəqiq məlumatlar əldə etməyə çalışmaq, bu məlumatları vahid bazada birləşdirməkdir.

“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə diplomatik təmaslar sıxlaşıb. Bu baxımdan, itkin düşmüş şəxslər mövzusu da bu mərhələdə gündəmdə önə çıxan məsələlərdən olacaq. Başqa tərəfdən, 4 minə yaxın insanın taleyinin araşdırılması kifayət qədər böyük vaxt tələb edir. Odur ki, layihənin davamlı olacağı gözlənilir”, - məlumatda bildirilir.

# 1338
avatar

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53