İnşaatçılar metrosu yaxınlığındakı həyət evləri sökülür? - RƏSMİ CAVAB
08 noyabr 2022 14:00 (UTC +04:00)

İnşaatçılar metrosu yaxınlığındakı həyət evləri sökülür? - RƏSMİ CAVAB

Paytaxtda 122 minə yaxın yaşayış binasının söküləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Bəs böyük söküntülər harada olacaq?

Lent.az bildirir ki, söhbət yalnız istismar müddətini başa vurmuş “Xruşşovka”, “Stalinka”, “Leninqrad” layihəli binalardan getmir eyni zamanda yeni tikilən həyət evləri də bu siyahıdadır.

Yasamal rayonunda Alatava, İnşaatçılar metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin söküləcəyini deyənlər də var. Hazırda isə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov APA-ya açıqlamasında deyib ki, həmin yerlərdə yeni binaların tikilməsi ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.

O bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır:

"Müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi planda var. Proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq".

# 7029
avatar

Oxşar yazılar