İcbari tibbi sığortadan istifadə etmək üçün hansı sənədlər tələb olunur? - CAVAB
14 noyabr 2023 12:33 (UTC +04:00)

İcbari tibbi sığortadan istifadə etmək üçün hansı sənədlər tələb olunur? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu icbari tibbi sığortadan istifadə ilə bağlıdır.

Hazırda bir çox insanın icbari tibbi sığortadan istifadə barədə məlumatları ya yoxdur, ya da ki, çox azdır. 

Maraqlıdır, görəsən, icbari tibbi sığortadan istifadə etmək üçün hansı sənədlər tələb olunur?

Lent.az xəbər verir ki, hər bir vətəndaşın artıq TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə ambulator xidmətlərdən tam pulsuz istifadə imkanları var. Əvvəllər insanlar yaşadıqları, qeydiyyatda olduqları ərazilərdəki tibb müəssələrində ambulator xidmətlərdən yararlana bilirdilərsə, indi isə TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsində ambulator yardımdan istifadə edə bilərlər.

İcbari tibbi sığortadan istifadə etmək üçün sadəcə tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17697
avatar

Arzu Qurbanlı

Oxşar yazılar