Havanın kəskin dəyişəcəyi gözlənilir? - AÇIQLAMA
09 fevral 2021 17:30 (UTC +04:00)

Havanın kəskin dəyişəcəyi gözlənilir? - AÇIQLAMA

“Bu ilin fevral ayı mülayim keçir, az yağıntılı olub. Hazırda ölkə ərazisində sabit hava şəraiti müşahidə olunmaqdadır. Rekord göstəricilər qeydə alınmayıb”.

Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gürşad Məmmədova bildirib.

Gürşad Məmmədova qeyd edir ki, yaxın günlərdə də ölkə ərazisində hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir:

“Mülayin cənub küləyi əsəcək, gecə və səhər saatlarında isə bəzi yerlərdə zəif duman olacağı istisna deyil. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 10-14, bölgələrdə 15-19, dağlıq rayonlarda isə 10-15 dərəcə isti olacaq. Bakıda havanın temperaturu bəzi günlərdə iqlim normasından 4-6 dərəcə yüksəkdir”.

Qeyd edək ki, aparılmış çoxillik müşahidələrə əsasən əvvəlki illərdə də fevral ayının mülayim keçdiyi qeydə alınıb. Bakıda ən isti fevral ayı 1955-ci ildə olub. O zaman fevralın 27-də maksimal temperatur müsbət 27 dərəcəyə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22929
avatar

Nigar Adil

Oxşar yazılar