HAVA DƏYİŞİR:   Külək, yağış... -  PROQNOZ
23 iyul 2022 11:15 (UTC +04:00)

HAVA DƏYİŞİR: Külək, yağış... - PROQNOZ

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

# 3990
avatar

Aytəkin Cəlali

Oxşar yazılar