Sinoptiklər sentyabrın 13-də Günəşdə pozuntuların artacağı barədə xəbərdarlıq ediblər. Onların təsiri daha bir neçə gün nəzərə çarpacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sentyabrın 13-də həyəcanlı maqnitosfer hesab edilən K indeksi 4 bəndədək yüksələcək. Aktivliyin pik nöqtəsi günün birinci yarısında olacaq. Günün ortalarında 2-3 bala qədər zəifləsə də, axşama doğru yenidən güclənəcək.
Eyni zamanda, sentyabrın 13-də maqnit aktivlik indeksi narıncı səviyyədə qalır. Meteoroloqlar Günəşdə güclü qasırğalar olacağını proqnozlaşdırmırlar.
Geomaqnit vəziyyət daha bir neçə gün gərgin olaraq qalacaq. Sentyabrın 14 və 15-də K-indeksi 4 bənddə qalacaq. Sentyabrın 16-sı və 17-si həftəsonu günəş aktivliyi 2-3 bala qədər azalacaq.
Günəşdə qasırğalar olan günlərdə meteohəssas insanlar sağlamlıqlarının pisləşməsi, bəzi hallarda isə hətta əhval dəyişikliyi və xroniki xəstəliklərin kəskinləşməsi ilə üzləşirlər. Həkimlər meteohəssas insanlara stressdən uzaq durmağı, spirtli içki və siqaretdən imtina etməyi, təmiz havada daha çox gəzməyi və kifayət qədər su içməyi məsləhət görür.