Durov Telegramın funksiyalarını dəyişir
07 sentyabr 2024 12:34 (UTC +04:00)

Durov Telegramın funksiyalarını dəyişir

Telegramın təsisçisi Pavel Durov platformada moderatorluğu "tənqid sahəsindən tərif sahəsinə" keçirəcəyini vəd edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Telegramda daha yaxınlıqdakı insanlar funksiyası olmayacaq. Ehtimal edilir ki, Durovun Fransada cinayətə köməklik ittihamı ilə saxlanılmasının səbəblərindən biri də o olub.

Bu funksiya istifadəçilərə yaxınlıqdakı insanları, həmçinin yerli qrupları və söhbətləri axtarmağa imkan verib. Lakin ondan botlar və fırıldaqçılar daha çox istifadə edib.

“Yaxınlıqdakı insanlar” funksiyası “Yaxınlıqdakı Bizneslər” adlı yeni funksiya ilə əvəz olunacaq. Şirkətlər məhsul kataloqlarını nümayiş etdirə və ödənişləri problemsiz qəbul edə biləcəklər.

Durov bildirib ki, messencerin administrasiyası “anonim şəxslər tərəfindən sui-istifadə edilən” yeni media fayllarının yüklənməsini də dayandırıb. O, həmçinin əlavə edib ki, ödənişli Telegram Premium istifadəçilərinin sayı 10 milyon nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar