Dünyanın  ən bahalı və ən ucuz   şəhərləri - SİYAHI
10 dekabr 2023 10:32 (UTC +04:00)

Dünyanın ən bahalı və ən ucuz şəhərləri - SİYAHI

Ekspertlər Sinqapuru dünyanın yaşamaq üçün ən bahalı şəhəri adlandırıblar. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu məlumat “Worldwide Cost of Living Report”un illik reytinqdə öz əksini tapıb.

Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edir. Sinqapur liderliyi İsveçrənin Sürixilə bölüşüb. 

İkinci yeri İsveçrənin Cenevrə və ABŞ-ın Nyu-York şəhərləri tutub.

Siyahıda sonrakı yerləri Honq-Konq (Çin), Los-Anceles (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka), Təl-Əviv (İsrail) və San-Fransisko (ABŞ) tutur.

Yaşamaq üçün ən ucuz şəhər Argentinanın Buenos-Ayresi ilə sonuncu yerdə olan Hindistanın Çennau şəhəri olub. 

Reytinqdə sonrakı yerləri Laqos (Nigeriya), Əhmədabad (Hindistan), Lusaka (Zambiya), Tunis (Tunis), Daşkənd (Özbəkistan), Karaçi (Pakistan), Tripoli (Liviya), Tehran (İran), Dəməşq (Suriya) tutur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7428
avatar

Oxşar yazılar