Dekabrın HAVASI:  -15 dərəcə şaxta olacaq
01 dekabr 2022 09:51 (UTC +04:00)

Dekabrın HAVASI: -15 dərəcə şaxta olacaq

Dekabr ayına gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Dekabr ayının əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi qar yağacağı, havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından 1-3 dərəcə aşağı enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-8 dərəcə, gündüzlər 8-11 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 24-34 mm)  bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, gündüzlər 5-10, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  14-35 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 27-53  mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın olacağı gözlənilir. Gecələr havanın temperaturu  0-5  dərəcə isti, bəzi günlərdə  0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma  13-32 mm) olacaq.   

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  0-5 dərəcə  isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  24-48 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.                    

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun  5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 3-8  dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun  4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8  dərəcə isti, bəzi günlərdə 0-yə yaxın, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər  5-10 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə  (norma 46-106 mm) isə bir qədər normadan çox olacağı gözlənilir.

# 5958
avatar

Oxşar yazılar

Alıcıların DİQQƏTİNƏ!   Bu halda mağazadan əlavə pul ala bilərsiniz

Alıcıların DİQQƏTİNƏ! Bu halda mağazadan əlavə pul ala bilərsiniz

3 fevral 2023 , 18:51
Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

3 fevral 2023 , 17:00
Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ  yayılır? – HƏKİM AÇIQLADI

Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ yayılır? – HƏKİM AÇIQLADI

3 fevral 2023 , 16:57
Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

3 fevral 2023 , 16:50
Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

3 fevral 2023 , 16:00
Türkiyədə sevilən həkim-bəstəkar  fəxri professor   oldu

Türkiyədə sevilən həkim-bəstəkar fəxri professor oldu

3 fevral 2023 , 15:25
Axşam sərxoş olan sürücüyə səhər cərimə yazıla bilər? - CAVAB

Axşam sərxoş olan sürücüyə səhər cərimə yazıla bilər? - CAVAB

3 fevral 2023 , 14:10
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

3 fevral 2023 , 13:55