Bu qrupların qəbul imtahanları  eyni gündə keçiriləcək
14 iyul 2022 15:53 (UTC +04:00)

Bu qrupların qəbul imtahanları eyni gündə keçiriləcək

İyulun 20 və 21-də keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları qeydiyyatdan keçmiş abituriyentlərin sayı nəzərə alınaraq yalnız bir gündə - iyulun 21-də təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən  Lent.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.

# 1065
avatar

Aytəkin Cəlali

Oxşar yazılar