Bu il yollarda 627 nəfər ölüb
17 noyabr 2023 12:21 (UTC +04:00)

Bu il yollarda 627 nəfər ölüb

2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindin məlumatında deyilir. Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb. Hadisələrin 43,6 faizi gündüz, 39,6 faizi gecə, 16,8 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məlumata görə, yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 454 nəfər, yaralananların sayı isə 1,1 faiz azalaraq 981 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Oxşar yazılar