Bərbər və gözəllik salonları bağlıdır: bəs siz nə edirsiniz? - Məşhurlardan CAVAB
22 yanvar 2021 15:21 (UTC +04:00)

Bərbər və gözəllik salonları bağlıdır: bəs siz nə edirsiniz? - Məşhurlardan CAVAB

Ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar olaraq bir çox xidmət sahələri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 25-də karantin qaydalarında qismən yumşalma tətbiq olunacaq.

Fəaliyyətini dayandıran xidmət sahələrindən biri də bərbər və gözəllik salonları idi. Lent.az bununla bağlı tanınmış simalar arasında sorğu keçirib: Karantin rejimində bərbər və gözəllik salonuna olan ehtiyacınızı necə təmin etdiniz?

Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu:

Mirmehdi Ağaoğlu

Mən ümumiyyətlə, bərbərə getməyi sevən adam deyiləm. Adi halda belə bərbərə iki ayda bir ya gedərəm, ya getmərəm. Odur ki, karantin  müddətində bərbərlərin bağlı olması məni zərrə qədər də  narahat etmədi. Hətta bir neçə dəfə gizli bərbər xidməti barədə təkliflər də gəldi, lakin  yox  cavabı verdim.

Ətrafda da baxıram, görürəm, məndən başqa demək olar bu qaydaya əməl edən  yoxdur. Hamısını saçı-saqqalı qaydasındad. O gün İTV-dən Anar haqqıdna veriliş verirdilər. Anar özü də ordaydı. Saçları təmiz uzanıb,  az qala çiyninə çatmışdı. Görünür o da bu müddət ərzində bərbərə getməyib. Mənə elə gəldi ki, karantin  müddətində ölkədə bir Anar bu qaydaya əməl edib, bir də mən. Doğrudan da bu qərarı verən məmurlar bəs saçlarını harda kəsdiriblər? Hamısının da saçı-başı qaydasındadı. Belə çıxır ki, hamı gizli şəkildə bərbərə gedirmiş? Yeri gəlmişkən, hələ də  bərbərə  getməmişəm, az qalıb açılmağa, gərək gedəm, birdən qadağa təzədən  qüvvəyə  minər.

Xalq artisti, müğənni Tünzalə Ağayeva:

Tünzalə Ağayeva

Sərt karantin vaxtı verilişlərə və klip çəkilişlərinə xüsusi usta dəvət edirik. Adi günlərdə isə hər şeyi özüm edirəm. Gündəlik saç və makiyajımı özüm qaydaya salmağı bacarıram.

Şair Cəlil Cavanşir:

Cəlil Cavanşir

Açığı mən bərbərə çox tez-tez getmirəm. Maksimum ayda iki dəfə bərbərə getmək ehtiyacım olur.  Saç-saqqalımı çox vaxt özüm düzəldirəm. Bir az tənbəllikdən, bir az da bacardığım üçün.

Karantində isə Məcnun kimi dolaşmağa üstünlük verdim. Arada əsəbləşib saqqalımı tamamən təraş elədim. Hər halda xarici görkəmimə diqqət etməyə çalışıram. Karantin bu lyuksu əlimdən aldığı üçün, hazırda görkəmimdən özüm də hürkürəm.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:

Şahbaz Xuduoğlu

Mən də belə bir problem yoxdu.

Aktrisa Zülfiyyə Qurbanova:

Zülfiyyə Qurbanova

Mənim saçım boyalı olmadığına görə ancaq kəsiminə ehtiyac olur. Sərt karantin rejimi tətbiq olmamışdan öncə bütün salon işlərimi həll elədim. Saçlarıma hər zaman təbii qulluğu özüm eləmişəm. Özüm bir az hər şeyi bacaran adamam. Həddindən artıq çıxılmaz vəziyyətdə qalmıram.

Obraz tələb eləməsə saçlarımda dəyişiklik etməyi sevmirəm. Salonlardan sərt karantin tətbiq olunana qədər istifadə etmişəm.

Serial, film çəkilişlərində bizim saç ustalarımız var. Onlar boyaya, yığıma ehtiyac olarasa, edirlər. Efirlərə, verilişlərə gedəndə də xüsusi saç düzümü eləmirəm. Saçım həmişə sadə, düz və ya yüngül buruq olur.

Aktyor Kamal Yaşar:

Kamal Yaşar

Sərt karantin elan olunana yaxın bərbərə getdim. Buna görə də karantin müddətində saçla bağlı xüsusi problemim olmadı. Saqqalımı isə illərdir özüm düzəldirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6294
avatar

Nigar Adil

Oxşar yazılar