Elşad Həsənov
08 noyabr 2022 12:45 (UTC +04:00)

Elşad Həsənov

Başçı "Sovetski"dən köçürülmələrdən danışdı: “Bazar qiymətlərinə uyğun olacaq”

2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib.

Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir.

"Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq.

"Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", -deyə icra başçısı əlavə edib.

# 2103
avatar

Oxşar yazılar

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

27 yanvar 2023 , 09:24
Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59