Bakının qocalmayan sevgisi: "Sevgililər günü"ndən REPORTAJ
14 fevral 2024 18:30 (UTC +04:00)

Bakının qocalmayan sevgisi: "Sevgililər günü"ndən REPORTAJ

Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.
 
Sevirəm
Mənimlə göz-gözə gələndə
Şimşək baxışların vuruşlarını.

Sevirəm
Kirpik çala-çala
Məni süzərək
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını.

deyib Mikayıl Müşfiq…

Elə biz də sevgini bu şeirlərdə, Mikayıl kimi neçə-neçə sevənlərdən öyrənmişik.

Məhz paytaxt Bakı da bu gün bir çoxların, xüsusilə də cütlüklərin “sevgi şəhəri”nə çevrilib.

14 fevral – Sevgililər günü

“Müqəddəs Valentin” günü  adlandırılan bu tarix insanlara onların bir-birlərinə olan sevgi duyğularını bildirməsi üçün bir imkandır.

Dünyanın bir çox ölkələrində eləcə də paytaxtda “Sevgililər günü” xüsusi qeyd olunur. Sevgini ən çox yaşlılardan eşidə-eşidə böyüdük, amma bu gün də qoca cütlüklər ən çox diqqət cəlb edirdi. 

Sevgi də elə bu deyil? Vaxtından, yaşından, olduğu yerdən asılı olmayaraq sevdiyi insanın yanı...

Bəs, sevginin günü olur?

Bəzən tək bir gül, iki xoş söz, diqqət və qayğı da insanı xoşbəxt edir. Sevgi üçün bahalı hədiyyələr almağa və ya xüsusi bir günə ehtiyac yoxdur.

Düşünürəm ki, sevgini yaşamaqdansa, əbədi sevgini arzulamaq milyon dəfə yaxşıdır. 
Çünki bu hiss haqqında röyalar qurmaq, onunla həyatda qarşılaşmaqdan daha üstündür. 

Lent.az paytaxtın “Sevgililər günü”ndən görüntüləri təqdim edir:

FOTO: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7197
avatar

Arzu Qurbanlı

Oxşar yazılar