Bakının mərkəzində və bu şəhərlərdə  SU KƏSİLƏCƏK
26 may 2022 18:31 (UTC +04:00)

Bakının mərkəzində və bu şəhərlərdə SU KƏSİLƏCƏK

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

"Azərsu"dan Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 

# 2526
avatar

Fidan İlqar

Oxşar yazılar