Bakıda qadın özünü öldürmək üçün QAYÇI UDDU  - YENİLƏNİB
09 sentyabr 2022 11:45 (UTC +04:00)

Bakıda qadın özünü öldürmək üçün QAYÇI UDDU - YENİLƏNİB

Bakıda qadının qayçı udması ilə əlaqəli təfərrüatlar ortaya çıxıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qadın intihar məqsədi ilə qayçını udub.

Lakin Nərimabov Tibb Mərkəzində aparılan əməliyyat nəticəsində qadının həyatını xilas etmək mümkün olub. 

Hazırda faktla bağlı araşdırma aprılır. 

***

10:39

Yad cisim (qayçı) udan vətəndaş TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub.

Nərimanov Tibb Mərkəzindən Lent.az-a verilən məlumata görə, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən sentyabrın 6-da saat 22:10-da yad cisim (qayçı) udan şəxs Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsində xəstəni əvvəlcə cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb. 

Cərrah Fəyyaz Məmmədovun icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

Xəstə bir gün reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, qayçını udan qadındır. Onun intihar etmək üçün qayçı udduğunu bildirilib. 

# 4158
avatar

Fidan İlqar

Oxşar yazılar