Bakıda havanın temperaturu 35 dərəcəni keçəcək  - HAVA PROQNOZU
21 iyun 2022 12:59 (UTC +04:00)

Bakıda havanın temperaturu 35 dərəcəni keçəcək - HAVA PROQNOZU

İyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

# 2733
avatar

Oxşar yazılar