Bakıda ciddi tıxac yaradan qalmaqallı yol təmirindən YENİ XƏBƏR  - VİDEO
01 sentyabr 2022 13:32 (UTC +04:00)

Bakıda ciddi tıxac yaradan qalmaqallı yol təmirindən YENİ XƏBƏR - VİDEO

Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir. 

Agentlikdən Lent.az-a verilən xəbərə görə, hazırda təmir işləri sözügedən prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə doğru olan istiqaməti üzrə aparılır. Qeyd olunan hissənin uzunluğu 1630 metr təşkil edir.

Sözügedən istiqamət üzrə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınması işləri icra olunub. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi  üçün hazırlıq aparılır.

Təmir işlərinin bir neçə gün ərzində icra olunaraq yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, prospektdə aparılan təmir hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunur. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilir.

Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə və fasiləsiz olaraq keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub, zəruri hallarda isə iki növbəli iş qrafiki tətbiq edilir.

Bakının qalmaqallı prospektinin təmirindən yeni xəbər

# 1551
avatar

Oxşar yazılar

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

5 dekabr 2022 , 13:54
Zirəddin Rzayev

Zirəddin İranla bağlı PROQNOZ VERDİ: "Hakimiyyət dəyişikliyi və ..."

5 dekabr 2022 , 13:25
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

5 dekabr 2022 , 13:10
Bu ərazilərdə 17 dərəcə şaxta olub -  FAKTİKİ HAVA

Bu ərazilərdə 17 dərəcə şaxta olub - FAKTİKİ HAVA

5 dekabr 2022 , 13:05
Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

5 dekabr 2022 , 12:14
Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

5 dekabr 2022 , 11:59
Bakıya qar yağacaq -  PROQNOZ

Bakıya qar yağacaq - PROQNOZ

5 dekabr 2022 , 11:33
Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

5 dekabr 2022 , 10:08