Bakıda atışmada yaralananların  SON DURUMU
10 mart 2023 17:12 (UTC +04:00)

Bakıda atışmada yaralananların SON DURUMU

Bakıda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, 40 yaşlı Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 21 yaşlı Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

# 2934
avatar

Fidan İlqar

Oxşar yazılar