Bağçalar sabahdan  AÇILIR  - YENİLƏNİB
05 aprel 2021 12:15 (UTC +04:00)

Bağçalar sabahdan AÇILIR - YENİLƏNİB

"Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib"

Bunu Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər.

Məlumata görə, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən bildirilir ki, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssissələrinin fəaliyyəti davam edir.

***

Saat: 11:59

 

Bağçalar sabahdan açılır.

Lent.az-ın məlumatına görə, bu barədə valideynlərə bağçalardan bildirilib.

Valideynlərin sözlərinə görə, onlara deyilib ki, sabahdan körpələrini bağçaya gətirə bilərlər.

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdi.

Təhsil naziri Emin Əmrullayev isə ötən həftə sonu "Facebook" səhifəsində canlı yayımda bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək. O, deyib ki, bağçalarda distant təhsil mümkün deyil: "Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".

Bu gün isə adı çəkilən rayon və şəhərlərdə bağçaların fəaliyyət göstərmədiyi məlum olub.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkə hesabından açıqlama verərək qeyd edib ki, qısa zaman ərzində bağçalarla bağlı məsələyə aydınlıq gətiriləcək.

# 5418
avatar

Nigar Adil

Oxşar yazılar