“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi - FOTO
28 avqust 2026 16:47 (UTC +04:00)

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi - FOTO

0

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qax rayonunda baş tutub.

Lent.az xəbər verir ki, Birlik rəhbəri Qax, Şəki, Oğuz və Bərdə rayonlarından qəbula gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.

Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar