Azərbaycanda bu reys tufanla əlaqədar GERİ QAYITDI
16 may 2022 09:26 (UTC +04:00)

Azərbaycanda bu reys tufanla əlaqədar GERİ QAYITDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Qurumdan Lent.az-a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

# 2136
avatar

Fidan İlqar

Oxşar yazılar