Azərbaycanda 76 nəfəri İLAN SANCDI
04 oktyabr 2022 10:15 (UTC +04:00)

Azərbaycanda 76 nəfəri İLAN SANCDI

Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib. 

Kiliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir. 

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb. Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir. 

# 2322
avatar

Fidan İlqar

Oxşar yazılar