“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.
Lent.az bildirir ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir.
Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir. Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Qeyd edək ki, milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşir.
Lent.az milli parklardan çəkilən fotoları təqdim edir: