Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 oktyabr 2020 13:07 (UTC +04:00)

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Oktyabrın 20-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində  arabir 23-28 m/s-dək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Aygün İbrahimli

Oxşar yazılar