23 azərbaycanlı geri qaytarıldı
01 dekabr 2022 10:48 (UTC +04:00)

23 azərbaycanlı geri qaytarıldı

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb.

Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, noyabrın 30-da baş tutan geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

# 2484
avatar

Oxşar yazılar