2000-dən çox taksi sürücüsü imtahan verdi - FOTO
05 sentyabr 2023 15:26 (UTC +04:00)

2000-dən çox taksi sürücüsü imtahan verdi - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, son bir həftə ərzində təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadətnamələr təqdim olunub.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Sürücü sayını nəzərə alaraq və tədris prosesini sürətləndirmək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində də təlimlərə başlanılıb. Bu təlimlərdə iştirak etmək istəyənlər isə qeydiyyat üçün https://forms.office.com/r/F8K5hMJsSH elektron ünvanına müraciət edə bilərlər.

Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənib

# 3021
avatar

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06