“Visions of Azerbaijan”dan yeni nternet portalı
Cəmiyyətdən APA-ya verilən məlumata görə, artıq jurnalın www.visions.az internet ünvanı istifadəçilərə təqdim edilib.
İngilis dilli portalda Azərbaycan haqqında mühüm məlumatlarla birgə, ölkənin iqtisadiyyatı, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti, mətbəxi haqqında bölmələr var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqlı mövqeyi haqqında faktlar və mütəxəssislərin dərin təhlilə əsaslanan məqalələri də saytda yerləşdirilib.
Fotoqalereya bölməsində Azərbaycanı tanıtdıran nadir fotolar toplanıb.
İstifadəçilər portalın arxivinə daxil olmaqla 2006-cı ildən bəri “Visions of Azerbaijan” jurnalında nəşr edilmiş məqalə və müsahibələrlə də tanış olo biləcəklər.
Qeyd edək ki, “Visions of Azerbaijan” jurnalı Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2006-cı ildə təsis edilib. İki aydan bir ingilis dilində nəşr edilən jurnalın yaradıcılıq konsepsiyasının əsası Azərbaycanın dünyada tanıdılması və ölkə barədə akademik informasiya mənbələrinin yaradılmasına dəstək verməkdir. Jurnal Azərbaycan Hava Yollarının beynəlxalq uçuş reyslərində, dünyanın tanınmış elm və təhsil ocaqlarında, tədqiqat mərkəzlərində, həmçinin beynəlxalq təşkilatlarda və Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində müntəzəm yayılır.

Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44