
Zakir Həsənov NATO Baş Katibinin müavini ilə görüşdü
Brüsselə səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Baş Katibinin müavini Mirça Coane ilə görüşüb.
Lent.az-a Müdafi Nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar.
M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə öz minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.
Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13