Zakir Həsənov Ərdoğanla görüşdü - FOTO
29 mart 2018 14:16 (UTC +04:00)

Zakir Həsənov Ərdoğanla görüşdü - FOTO

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

 

APA-nın "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

 

 

Qeyd edək ki, Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

APA Baycan

Oxşar yazılar