Şimali Koreya XİN-in nümayəndələri Azərbaycana səfər edəcəklər
Şimali Koreya xarici işlər nazirinin müavini Pak Myong Qukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
ONA-nın Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Qoşulmama Hərəkatına üzv ölkələri ziyarət çərçivəsində baş tutacaq.
Nazirliyin nümayəndələri həmçinin Monqolustan, İran və Suriyaya da səfər edəcəklər.
757